Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları oktyabrın 28-də “VAZ-2106” markalı avtomobillə Alxanlı kəndi ərazisində və Füzuli şəhəri ərazisində yerləşən nəzarət postlarında tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərdiyinə görə saxlanılmış Əhmədbəyli kənd sakini M.Möhsümzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
O, məhkəmə tərəfindən 25 gün müddətinə inzibati qaydada həbs edilib.