İrəvanda baş verən atışma nəticəsində bir nəfər ölüb.
Hadisə gecə saatlarında Karmir Blur küçəsində baş verib.
Atışma zamanı ölən şəxsin İrəvanın Şenqavit rayonunun sakini 41 yaşlı Xaçatur Saakyan olduğu bəlli olub. O, yerli vaxtla 01:30 radələrində baş vermiş mübahisədən sonra naməlum şəxs tərəfindən güllələnib.
Faktla bağlı araşdırma başlanılıb.
Mənbə: Shamshyan.com.