Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25, mənzil 6 ünvanında yerləşən, fiziki şəxs Əlili Vüsal Sülfəddin oğluna məxsus “Nərmin” marketdə plandankənar yoxlama keçirilib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş xörək duzu, müxtəlif növ süd məhsulları (qatıq, dovğa, mayonez), günəbaxan tumu məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satış şəbəkəsindən çıxarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Qeyd edək ki, bir müddət əvvəl “Nərmin” marketdə saxlanma müddəti keçmiş məhsulların satılması ilə bağlı saytımızda məlumat yayımlanmışdı.