Krasnov İrəvana gəldi

Rusiyanın baş prokuroru İqor Krasnov Müstəqil Dövlətlər Birliyi ölkələrinin Baş Prokurorlarının Koordinasiya Şurasının 34-cü iclasında iştirak etmək üçün Ermənistana gəlib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İclasda Koordinasiya Şurasına daxil olan Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın prokurorluq orqanlarının nümayəndə heyətləri iştirak edəcək.