Putinin köməkçisi: Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri “Bakı və İrəvan arasında münaqişənin həlli üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Qeyd edək ki, bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.