COP29-un prezidenti BMT baş katibinin müavini ilə görüşüb

COP29-un prezidenti Muxtar Babayev BMT baş katibinin müavini Amina Mohammedlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
"COP29 sədrliyi Bakıda keçirilən yüksəksəviyyəli dialoq çərçivəsində Amina Mohammedlə səmərəli müzakirələr aparıb", - paylaşımda bildirilib.