Avropa Parlamentinin bu qərarı ilə bağlı bəyanat yayıldı
17:00 28.10.2024
Dünya
344
Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Avropa Parlamentinə Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnaməyə görə etiraz bəyanatı ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildirilib ki, bəyanatda Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul etdiyi qətnamə beynəlxalq hüququn normalarına zidd, obyektivlikdən uzaq və birtərəfli addım kimi qiymətləndirilib. Bu qərarın təməlindəki qərəzli yanaşmanın yalnız Azərbaycan deyil, bütün suveren ölkələr üçün narahatlıq doğurduğu vurğulanıb.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin beynəlxalq hüququn tələblərinə uyğun olduğu diqqətə çatdırılıb.
Bəyanatda qeyd edilib ki, Ermənistanın işğal dövründə törətdiyi mina terroruna, dağıdılmış mədəni və tarixi irsimizə, həmçinin itkin düşən 4 min soydaşımızın taleyinə dair hər hansı obyektiv mövqenin ortaya qoyulmaması təəssüf doğurur.
Otuz il ərzində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin, onların fundamental hüquqlarının pozulmasının diqqətdən kənarda qalması bu qətnamənin birtərəfli, qərəzli mövqedə olmasını bir daha təsdiq edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm