Pulu saxlamaq üçün yastığın altı daha təhlükəsizdir, yoxsa bank? -AÇIQLAMA
09:43 30.10.2024
Sosial
695
Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.
Ancaq indi kartlardan pul oğurlaması halları da baş verir, özü də böyük məbləğlərdə. Bəs insanlar nə etməlidir? Pullarımızı banklara etibar etməliyik, yoxsa yastığımızın altına yığmalıyıq?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, banka pul qoyulan zaman faizi artır:
“Bankda pulu saxlamaq heç də qorxulu deyil. Oktyabrın əvvəli Azərbaycanda əhalinin əmanətləri 14 milyard 164 milyon, yanvarın 1 i isə 12 milyard 947 milyon təşkil edib. Statistik göstəricilərə baxanda görürük ki, banklara yatırılan əmanətlərdə artımlar var. Sadəcə olaraq nağd və ya kartda pul saxlayan zaman ehtiyatlı olmaq lazımdır. Yəni ki, insanlar kart şifrələrini heç kəsə verməməlidirlər. Əlavə narahatçılıqları varsa, “3D” identifikasiya təhlükəsizlik kodu ilə kartlarını aktiv edə bilərlər. Bu kod vasitəsilə kartdan pul çıxarmaq və ya pul göndərmək istəyən zaman nömrəyə kod gələcək. Digər tərəfdən etibarsız saytlara daxil olan zaman kartın şəxsi məlumatlarını yazmaq olmaz. Hər zaman ehtiyatlı olmaq lazımdır. Dünya bank və kart ödəmələri üzərində qurulub. Mülkə və qızıla da pul yatırmaq olar. Bu isə insanların öz şəxsi yanaşmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya