
Çoxu dəb və adrenalin xatirinə qarşı tərəfə xəyanət edir - İlginc AÇIQLAMA
13:26 30.10.2024
Sosial
487
Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı müzakirələrə çox rast gəlmək olur.
Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəs, ölkədə kişilər və qadınlar niyə xəyanət edirlər?
Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova söyləyib ki, bəzi insanların həqiqətən ruhları xəyanətkar olur:

"Yəni, biz bunu şüuraltı səbəblərdən qaynaqlandığını deyə bilmərik. Hətta, çoxu dəb və adrenalin xatirinə qarşı tərəfə xəyanət edir. Bir qadına edilən ən böyük pislik isə məhz, xəyanətdir. Bundan ağır bir itki ola bilməz. Xəyanəti bağışlayıb-bağışlamamaq isə insanın həyat tərzinə, ailə mühitinə uyğun olaraq dəyişir. Ümumiyyətlə, aldatmaq etibarın və bağlılığın böyük pozulması hesab edilir və münasibətlərdə ciddi problemlərə səbəb ola bilər. Xəyanət yalnız pis və ya arzuolunmaz münasibətlərdə görünmür. Bir insan yaxşı münasibətdə də xəyanət edə bilər. Buna görə də, xəyanətin əsası adi səbəblərdən daha mürəkkəb ola bilər. Xəyanət çox vaxt münasibətlərdə həll olunmamış problemlər və bunun nəticəsində yaranan məyusluq üçün çıxış yolu kimi görünür. İnsanlar partnyorları ilə son nəticəyə gəlmədiklərini hiss etdikdə, indiki tərəfdaşları ilə yaşadıqları problemlərdən və münaqişələrdən qaçmaq üçün aldada bilərlər.Kişilər müxtəlif səbəblərdən xəyanət edirlər. Qeyri-qənaətbəxş ailə həyatından tutmuş hisslərin güclənməsinə kimi müxtəlif səbəblər kişi xəyanətinə gətirib çıxara bilər. Kişini yanında saxlaya bilmək üçün qadın onu hədsiz sevməlidir. Bu halda qadın öz həyat yoldaşı üçün həmişə qeyri-adi və əvəzedilməz olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya