
Elnur Eltürk: Azərbaycan TDT ilə bağlı praqmatik və real siyasi xətt yürüdür
12:34 06.11.2024
Siyasət
583
“Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib”. Bu fikirləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan da danışıb.
Dövlət başçısı bununla bağlı deyib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.
Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk “Sherg.az”a söyləyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan qardaş ölkələrlə istər strateji, istərsə də siyasi-iqtisadi, sosial istiqamətdə əlaqələri inkişaf etdirir:

“Ortaq hərbi təlimlərin keçirildiyini görürük və bu onu göstərir ki, rəsmi Bakı proseslərin sürətləndirilməsini istəyir. Bu gün Azərbaycan TDT ilə bağlı praqmatik və real siyasi xətt yürüdür. Bu isə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə gətirib çıxarır.Həmçinin Azərbaycan Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsində birbaşa rol oynayır. Rəsmi Bakı qarşılıqlı əlaqələrin inkişafı, iş adamları arasında işgüzar görüşlərin keçirilməsinin intensivləşməsində birbaşa maraq göstərir. Şübhəsiz ki, bunların reallaşdıran siyasi iradə də var. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının güclənməsində bilavasitə maraqlıdır. Prezident İlham Əliyev bu ilin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımların atılacağını, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdiriləcəyini, TDT-nın bizim üçün əsas beynəlxalq təşkilat olduğunu bəyan etməsi, Azərbaycanın gələcək strateji hədəflərindən xəbər verdiyini göstərdi. Bu Azərbaycanın yaranan tarixi və geosiyasi şəraiti düzgün dəyərləndirdiyini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya