Təyyarə qəzasında yaralanan vətəndaşlar FHN-nin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb - FOTO

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, vətəndaşları Qazaxıstanın Manqistau vilayəti başçısının müavini Tileqen Abişev və Aktau şəhərinin meri Abilkair Baypakov yola salıblar.

Əlavə məlumat veriləcək.