Zelenski: "Rusiya tərəfində döyüşən iki Şimali Koreyalını əsir götürdük"

Ukrayna lideri əsir düşmüş insanların şəkillərini yayıb

Ukrayna prezidenti Vladimir Zelenski iki yaralı Şimali Koreya əsgərinin Rusiyanın Kursk vilayətində ukraynalı əsgərlər tərəfindən əsir götürüldüyünü açıqlayıb.

Sherg.az xəbər verir ki, Zelenski iki Şimali koreyalının  “lazımi tibbi yardım” aldığını və Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarətində olduğunu bildirib.

BBC-nin məlumatına görə, iki əsgər Ukrayna paraşütçüləri və Xüsusi Əməliyyat Qüvvələri tərəfindən əsir götürülüb.

Zelenski həmçinin Rusiyanın “Ukraynaya qarşı müharibədə Şimali Koreyanın roluna dair hər hansı sübutu aradan qaldırmaq üçün” yaralı Şimali Koreyalıları edam etməyi təklif edib.

Ukrayna lideri X və Telegram hesablarında iki yaralının fotolarını da paylaşıb, lakin həmin şəxslərin Şimali Koreya vətəndaşı olduğuna dair sübut təqdim etməyib.

"Dünya baş verənlər haqqında həqiqəti bilməlidir", - Zelenski öz paylaşımlarında əlavə edib.

Cənubi Koreyanın kəşfiyyat agentliyi dekabr ayında Ukraynada döyüşlərdə əsir düşdüyü iddia edilən ilk Şimali Koreyalı əsgərin Ukrayna qüvvələri tərəfindən diri-diri əsir götürüldükdən sonra öldüyünü bildirib.

Ağ Ev həmçinin Şimali Koreya qüvvələrinin Ukrayna müharibəsində kütləvi itkilər verdiyini iddia edib.