Sabiq ədliyyə naziri və Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəziyyəti ilə bağlı açıqlama verilib.
Partiyanın sədr müavini Mütəllim Rəhimli "Sherg.az"a açıqlama verərək bildirib ki, İlyas İsmayılov hazırda Mərkəzi Kliniki Xəstəxanada müalicə alır.
"Çox təəssüf ki, son iki gündə İlyas müəllimin vəziyyəti pisləşib və buna görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həkimlərin nəzarəti altında müalicəsi davam edir. Ümid edirik ki, vəziyyət yaxşılaşacaq".