Bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb

Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov məlumat verib.

F.Orucov bildirib ki, seçici fəallığı 31,45 % olub.

Qeyd edək ki, bu gün saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb.