Tramp Mask barədə: Bu dəli ilə görüşmək istəmirəm
Yusif Nəzərli
13:29 06.06.2025
Gündəm
309
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə iş adamı İlon Maskı “dəli” adlandırıb.
Teleqraf xəbər verir ki, ABŞ lideri ABC telekanalına müsahibəsində onunla görüşməkdə maraqlı olmadığını bildirib.
“Dəli oğlanı nəzərdə tutursunuz? Hazırda onunla danışmaq xüsusilə maraqlı deyil”, - Tramp jurnalistin müvafiq sualına cavabında deyib.
ABŞ Prezidenti həmçinin bildirib ki, onunla danışmaq istəyən Mask olub, amma o, iş adamı ilə danışmağa hazır deyil.
Bundan əvvəl ABŞ KİV-də münasibətləri pozulan İlon Mask və Donald Trampın bu gün görüşəcəyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, Mask Trampın vergi qanunu layihəsini tənqid etdikdən sonra onların münasibətləri pisləşib. Tramp jurnalistlərə Maskdan məyus olduğunu söyləyərək, ardınca sosial media hesabında onu “dəli” adlandırıb.
Mask cavabında Trampın “Epşteyn dosyesi”ndə (pedofiliya və fahişəliyin təşkilində ittiham olunan maliyyəçi) adı keçən bir fiqur olduğuna işarə edib. Milyarder həmçinin Trampın impiçmenti ideyasını da dəstəkləyib.
İlon Mask bu ilin yanvarında Donald Tramp tərəfindən ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin olunmuşdu. Prezidentlə münasibətləri pisləşdikdən sonra o, mayın 29-da vəzifəsindən istefa verdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual