Arayik Harutyunyan: Cəlal Harutyunyana general-leytenant rütbəsini Ermənistan prezidenti verib
10:04 30.06.2025
Hadisə
258
İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “müdafiə naziri”nə 2020-ci ildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini açıqlayıb.
APA xəbər verir ki, o, qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur – red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: “Cəlal Harutyunyana general-leytenant rütbəsi Ermənistan Respublikasının prezidenti Armen Sarksiyan tərəfindən verilib. Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb”.
Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun hərbi polisi, hərbi prokurorluğu və hərbi məhkəməsinin olmadığını da söyləyib: “Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol