Trampla Putinin görüş saatı məlum oldu

Rusiya və ABŞ prezidentləri arasında görüş yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 23:30) Ankoricdə başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, danışıqlar Alyaskadakı Elmendorf-Richardson Hərbi Hava Qüvvələri bazasında baş tutacaq.

Tərəflər əvvəlcə üzbəüz, sonra isə nümayəndə heyətləri ilə görüşəcək.