Masallıda maskalı şəxs ev sahibinə xəsarət yetirib
07:09 15.08.2025
Hadisə
289
Masallı rayonunda yerləşən evlərdən birində quldurluq hadisəsi qeydə alınıb. Yaşayış evinə daxil olan maskalı şəxs ev sahibini hədələyərək pul tələb edib və ona kəsici alətlə xəsarət yetirərək oradan uzaqlaşıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sherg.az -a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini 31 yaşlı Hikmət Şəmistanlı müəyyən edilərək saxlanılıb. Araşdırmalarla H.Şəmistanlının həmin cinayət əməlini zərərçəkmişin qohumu olan 31 yaşlı Elçin Həsənovla qabaqcadan əlbir olub razılığa gələrək törətdiyi müəyyən edilib.
Belə ki, E.Həsənov qohumuna məxsus yaşayış evini qarət etmək üçün tanışını yaşadığı rayona çağırıb və həmin ünvanda xeyli miqdarda pulun olduğunu bildirib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya