Eşitmə hallüsinasiyalarının səbəbləri açılır - ARAŞDIRMA
22:35 23.10.2025
Sağlamlıq
514
Yeni araşdırma şizofreniyada eşitmə halüsinasiyalarının (başda səslər eşitmək) beynin öz daxili səsini tanımaqda çətinlik çəkməsindən qaynaqlandığını göstərib. Yeni Cənubi Uels Universiteti (UNSW) alimlərinin apardığı tədqiqatda müəyyən olunub ki, sağlam insanlarda daxili nitq zamanı beyin xarici səsləri emal edən hissələrin fəaliyyətini azaldır. Lakin şizofreniya xəstələrində, xüsusilə tez-tez səslər eşidənlərdə, bu azalma əksinə güclənməyə çevrilir, beyin sanki səsləri “başqasından gəlirmiş kimi” qəbul edir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat EEG beyin dalğası ölçmələri ilə aparılıb və iştirakçılar “bah” və “bih” kimi səsləri zehinlərində təsəvvür edərkən beyin reaksiyaları izlənilib.
Nəticələr göstərib ki, sağlam insanlarda beyin daxili nitqi proqnozlaşdırır və reaksiyanı azaldır. Səslər eşidən şizofreniya xəstələrində isə bu proses tərsinə işləyir, beyin daxili səsi xarici səs kimi qəbul edir. Alimlər bildirirlər ki, bu tapıntı şizofreniya üçün bioloji göstərici (biomarker) tapılması istiqamətində mühüm addımdır və gələcəkdə psixoz riskini erkən müəyyənləşdirməyə kömək edə bilər. Professor Tomas Vitford qeyd edib ki, bu nəticələr səsləri eşitmənin beynin öz daxili nitqini səhv tanıması ilə bağlı olduğunu indiyədək olmayan qədər aydın şəkildə göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm