İlahiyyatçı: Dinsizlik Azərbaycanda minimum səviyyədədir
12:03 27.10.2025
Cəmiyyət
807
Azərbaycanın “dinsiz ölkələr” sırasında göstərilməsi həm qərəzli, həm də absurddur"
Son günlər sosial mediada və bəzi xəbər portallarında ABŞ-nin Pew Araşdırma Mərkəzinə istinad edildiyi deyilərək, dünyanın ən az dindar ölkələrinin siyahısı paylaşılıb. İddialara görə, Çin birinci yerdə qərarlaşır, Avropa və Asiyadan bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu siyahının ilk onluğunda yer alır. Məlumatda bildirilir ki, Azərbaycan 64% göstərici ilə dünyanın ən az dindar ölkələri sırasında 5-ci yerdədir. Həmçinin Norveçdə insanların 62%, Belçikada 64%, İsveçdə isə 73%-nin dini inanca malik olmadığı bildirilib.
Lakin bu məlumatın həqiqiliyi və mənbə etibarlılığı barədə dəqiq təsdiq yoxdur. Sorğunun nə vaxt, kimin və hansı metodologiya ilə apardığı barədə rəsmi açıqlama təqdim edilməyib. Buna görə də sosial mediada yayılan bu məlumatın reallığa nə dərəcədə uyğun gəldiyi sual altındadır.
Bununla belə, mövzu Azərbaycan cəmiyyətində geniş müzakirələrə səbəb olub. Çünki ölkəmiz dini inanclarını, mənəvi dəyərlərini qoruyub saxlayan və tarixən dinə bağlı xalq kimi tanınır.
İlahiyyatçı Tural İrfan Sherg.az-a mövzu ilə bağlı şərhində Azərbaycanın dinsiz ölkə olmadığını söyləyib:
"Azərbaycanın guya dinsizlik göstəricisinə görə dünyada 5-ci yerdə olduğu barədə yayılan statistikanı hansı təşkilatın apardığı barəsində məlumatım yoxdur. Lakin bu məlumat reallığa uyğun görünmür. Əhalidən nə vaxt rəy sorğusu keçirildiyi, insanların dini inancı barədə necə və kimin araşdırma apardığı da açıqlanmayıb.
Əksinə, müşahidələr göstərir ki, Azərbaycan xalqının böyük əksəriyyəti dinə inanır. Demək olar ki, insanların hamısı Allaha inanır, sadəcə bu inanc fərqli formalarda özünü göstərir. Azərbaycan xalqı heç Sovet hakimiyyəti dövründə-ateizmin dövlət siyasəti səviyyəsində təbliğ olunduğu illərdə belə dinsiz olmayıb. Hazırda da ateizm ölkəmizdə çox zəifdir.
Bəzən insanlar dini biliklərdən çox xurafat və mövhumata meyl etsələr də, bu, dinsizlik demək deyil. Ölkədə ibadət yerlərinin sayının sürətlə artması, məscidlərin dini ayinlər zamanı dolub-daşması, ziyarətgahlara üz tutan insanların çoxalması sübut edir ki, dinsizlik Azərbaycanda minimum səviyyədədir. Xalqımız hələ də heyvan kəsəndə qibləyə yönəlir, ölüsünü kəfəndə dəfn edir, oğul övladını sünnət etdirirsə, burada dinsizlikdən danışmaq əsassızdır".
İkahiyyatçı eləcə də, Azərbaycanın dünyəvi və hüquqi dövlət olduğunu bildirib:
"Vətəndaşlar istənilən dinə inanmaqda azaddırlar. Bu inanc dövlətin, qanunun və hüququn tələblərinə zidd olmamalıdır. Ölkəmizdə müsəlmanlarla yanaşı yəhudi və xristian icmaları, eləcə də digər konfessiyalar fəaliyyət göstərir. Xristianlığın həm katolik, həm də pravoslav təriqətləri mövcuddur və onların da mənsubları var. Azərbaycanda dini dəyərlər qorunur və inkişaf etdirilir. Ölkədə Azərbaycan İlahiyyat İnstitutu, Bakı İslam Kolleci kimi təhsil müəssisələri fəaliyyət göstərir. Dinlə bağlı müxtəlif mövzularda beynəlxalq simpozium və konfranslara ev sahibliyi edilir. Dövlət də dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafına mühüm töhfələr verir və bu istiqamətdə ardıcıl dəstəyini göstərir. Odur ki, Azərbaycanın “dinsiz ölkələr” sırasında göstərilməsi həm qərəzli, həm də absurddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət