Azərbaycan dünya silah bazarında: Zərbə PUA-ları gəlir...
Fidan Həmişəyeva
12:06 22.06.2021
Gündəm
928
“Rəsmi Ankara ilə rəsmi Bakı arasında yeni əməkdaşlıq layihələri çərçivəsində Azərbaycanda zərbə PUA-ları istehsalı üçün fabrik üzərində işləyirik”.
Bu barədə Antalya Diplomatiya Forumunda çıxışı zamanı Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Dəmir məlumat verib.
“Madam ki, Azərbaycan haqqında “bir millət, iki dövlət” deyirik, düşünürük ki, belə də davranmalıyıq. PUA nümunəsini götürək. Orada bir PUA fabrikinin yaradılması nə qədər təsirli olardı, mənbələrimizdən çox səmərəli istifadə etməliyik”.
Hərbi ekspert Ramil Məmmədli Azərbaycanın silah bazarında uğur qazana bilib-bilməyəcəyinə dair fikirlərini “Sherg.az”la bölüşüb.
O, bildirib ki, Azərbaycan müdafiə sənayesi kompleksi yarandığı ilk dövrlərdə rəqəmsal sistem və müasir texnologiyalara əsasən hərbi təyinatlı məhsulların istehsalını qarşısına məqsəd qoyub:
“Bunlardan biri də PUA-ların yaradılması idi. Dövlətimiz bu istiqamətdə İsrail şirkətləri ilə əməkdaşlıq etdi və “AZAD Systems” adlı şirkət yaradıldı. Həmin şirkətin istehsal müəsissəsində orbitor PUA-larının istehsalı həyata keçirilməyə başlandı. 2016-cı ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrində zərbə PUA-larının yaradılmasına başladı. Ümumiyyətlə, Nazirliyin bazalarında yaradılan bir çox məhsul dünyanın müxtəlif ölkəsi üçün nümunə hesab oluna bilər. Dövlətimiz qısa müddətdə silah bazarına milli silahlarımızı təqdim etdi”.
R.Məmmədlinin sözlərinə görə, bu gün PUA-larımız dünya bazarına çıxarılıb:
“Azərbayca Silahlı Qüvvələrinin PUA parkı var. Burada İsrailin “Heron”, “Hermes”, “Harop” PUA-ları yer alır. Eyni zamanda Türkiyədən alınan silahlı PUA-ları da qeyd etmək olar. Parkda əsas yerlərdən birini də Azərbaycan Müdafiə Sənayesi Nazirliyində yaradılan PUA-lar tutur. Nəzərə almalıyıq ki, Azərbaycan bu sahədə yenidir. Lakin əsas məqsəd yaradılma prosesinin həyata keçirilməsidir. Bu gün də həmin proses davam etdirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət