Bakıda erməni saxtakarlıqları ilə bağlı konfrans keçirilib
11:30 22.04.2025
Gündəm
362
Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarının ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi- hay erməni və fitnələri” mövzusunda konfrans keçirilib.
APA xəbər verir ki, konfransda bir sıra rəsmi şəxslər, müxtəlif təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxışında bildirib ki, bu tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, erməni saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.
Həmçinin o bildirib ki, 2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib: "Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 16228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən, 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilib".
Qərbi Azərbaycan İcması sədri Əziz Ələkbərli bildirib ki, qarşıda duran əsas məqsədlərdən biri də Qərbi Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırmaqdır: "Bildiyiniz kimi, son yüz ildə ermənilər bu regionla bağlı bütün tarixi mənbələri saxtalaşdıraraq dünya ictimaiyyətinə həqiqətə uyğun olmayan faktları çatdırıblar və dünyanı bu yalanlara inandırmağı bacarıblar. Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ilk növbədə həmin yalanları insanların beynindən silmək lazımdır".
Həmçinin konfransda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcması arasında anlaşma memorandumu imzalanıb.
Daha sonra erməni saxtakarlıqlarının qarşısının alınması mövzusunda çıxışlar dinlənilib.
Qeyd edək ki, konfrans Ümumdünya Kitab və Müəlliflik Gününə həsr edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol