Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələni müzakirə etdiyini deyib.
O bildirib ki, həm dəmir yolu sərhəd-keçid məntəqəsinin, həm də Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün lazımi hazırlıqlar görülüb.
Uraloğlu qeyd edib ki, qarşılıqlı razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın həssaslıqları da nəzərə alınmaqla, prosesin uzun çəkməyəcəyini düşünür.
Nazir sərhəd-keçid məntəqələrinin qısa zamanda açılacağına ümid etdiyini vurğulayıb.