Bakıda keçiriləcək COP29 çərçivəsində kommunikasiya xəritələri müəyyən ediləcək
Yusif Nəzərli
09:43 20.02.2024
Gündəm
322
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar olaraq dəyirmi masa keçirilib.
“APA-Economics” xəbər verir ki, tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ,Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi, “Azərenerji” ASC-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Rabitə İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azəristiliktəhcizat” ASC, ”Azərsu” ASC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, eləcə də “Bakı Telefon Rabitə”, “Azeurotel”, “Aztelekom”, “Delta” Telekom, “ULTEL” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev qonaqları salamlayaraq bildirib ki, Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörmətin, möhkəm dəstəyin sübutudur.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməsi respublikamızın dünyada artan nüfuzunun, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə olan marağının ifadəsidir. Bununla yanaşı dünyanın bir çox yerlərində qlobal miqyasda böyük maraq doğuran COP29-un Bakıda keçirilməsi yeni iqtisadi layihələrə meydan açacaq və daha geniş miqyasda iqtisadi layihələrin gerçəkləşdirilməsi potensialının gücləndirilməsinə şərait yaradacaq.
Toplantıda sözügedən tədbirlərin Bakı şəhərində keçirilməsi ilə əlaqədar bir sıra küçə və prospektlərdə əsaslı təmir-bərpa işlərinin görülməsi ilə əlaqədar iclasda iştirak edən qurumlara məxsus yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin yerlərinin təyin edilməsi, təmiri və yerlərinin dəyişdirilməsi istiqamətində kordinasiyalı birgə işlərin aparılması, bu çərçivədə Kommunikasiyaların xəritəsinin müəyyən edilməsi və AAYDA-yə təqdim edilməsi, qrafiklərin təyin olunması (zaman və küçələr ilə bağlı tədbirlər planı), Ümumi tədbirlər planının hazırlanması məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Naxçıvanın taleyini dəyişəcək layihə: Alimlər TRIPP-in böyük dəyişiklik vəd etdiyini açıqladı
23:11 11.08.2026
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor "Şərq"ə tarix də açıqladı
22:32 11.08.2026
Xəbər lenti
Hamısına bax
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət