Türkiyənin Balıkəsir vilayətinin Ədremit rayonunda Türkiyə bayrağını və Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən paylaşımlar edən müəllim saxlanılıb.
Sherg.az xəbər verir ki. “Anadolu” Agentliyinin məlumatına görə, Balıkəsir Valiliyinin açıqlamasında Ədremit rayonundakı məktəblərdən birində çalışan müəllimin sosial media hesabında Türkiyə bayrağına və Mustafa Kamal Atatürkə qarşı təhqiramiz məzmunlu paylaşımlar etdiyinin müəyyənləşdirildiyi bildirilib.
Qeyd olunub ki, Ədremit rayon rəhbərliyi tərəfindən dərhal vəzifəsindən uzaqlaşdırılan müəllim saxlanılıb.