Dövlət Baxçalı: Erkən seçki həvəsi boşa çıxacaq
10:29 22.04.2025
Gündəm
403
Milliyyətçi Hərəkat Partiyasının Başqanı Dövlət Baxçalı gündəmdə olan son hadisələrlə bağlı yazılı açıqlama verib.
Sherg.az xəbər verir ki, Baxçalı açıqlamasında bildirib: “Qısa müddətdə silahlar basdırılacaq və əhatəli, demokratik siyasətin pərdəsi bir daha bağlanmamaq üzrə açılacaq.”
Terror təşkilatının başçısı Abdullah Öcalanın 27 fevralda verdiyi çağırışdan sonra təşkilatın ləğv prosesini tamamlamalı və silahlarını Türkiyə Cümhuriyyətinə təslim etməli olduğunu bildirən Baxçalı, “Bu məsələ daha da uzanmamalıdır,” deyə vurğulayıb.
MHP lideri, terror təşkilatının 27 fevral çağırışından sonra ləğv prosesini tamamlayıb silahları Türkiyə Cümhuriyyətinə təhvil verməli olduğunu deyib.
Baxçalı, Cümhuriyyət Xalq Partiyasının (CHP) Başqanı Özgür Özəli də tənqid edərək, erkən seçki iddialarını rədd edib.
“Qazi Məclis, CHP və iftira koalisiyasının təxribatlarına aldanmadan, daha güclü, əsl funksiyasına və tarixi mirasına sahib bir mövqeyə çatmışdır,” deyə Baxçalı əlavə edib: “Erkən seçki yalanı və hay-küyü ilə partiyamızı müzakirəyə çəkməyə çalışan, kiçik beyinləri ilə niyyət oxumağa cəhd edən çürüklərin həvəsi boşa çıxacaq.”
MHP və Cümhur İttifaqının qərarının qəti olduğunu vurğulayan Baxçalı, seçkilərin vaxtında keçiriləcəyini və bu mövzuda heç bir güzəştə gedilməyəcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq