İran Xarici İşlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın “İrandakı etirazlarda 32 min nəfər ölüb” açıqlamasına sərt reaksiya göstərib. O bildirib ki, “Əgər məlumatlarımızın düzgünlüyündən şübhələnən varsa, sənədlə danışsın.”
Sherg.az-ın məlumatına görə, Əraqçi qeyd edib ki, Tehran hökuməti etirazlar zamanı həyatını itirən 3 min 117 nəfərin, o cümlədən 200 təhlükəsizlik işçisinin siyahısını yayıb. Etirazlar 28 dekabr 2025-də başlayaraq ölkə üzrə yayıldı və 8-9 yanvarda təhlükəsizlik qüvvələri tərəfindən yatırıldı.
İran Şəhid və Qazi Fondu bildirir ki, həlak olanlardan 2 min 427 nəfəri “silahlı terror qrupları” tərəfindən öldürülüb, 690 nəfər barədə isə məlumat yoxdur.