Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında Prezident Külliyyəsinin əhəmiyyətindən danışıb.
Sherg.az xəbər verir ki, Ərdoğan NATO-nun Ankara Sammitinin Prezident Külliyyəsində keçirilməsinin bu məkanın əhəmiyyətini bir daha ortaya qoyduğunu bildirib.
“NATO sammiti Prezident Külliyyəsinə nə ehtiyac var deyənlərə, hakimiyyətə gəlsək Külliyyəni sökəcəyik deyən baxışsız insanlara bu əsərin nə üçün inşa edildiyini və Türkiyə üçün nə məna daşıdığını açıq şəkildə göstərdi. Külliyyə millətin evidir”, – deyə o vurğulayıb.
Ərdoğan Ankara sammitinin Türkiyənin beynəlxalq arenadakı rolunu daha da gücləndirdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın 17 ildən sonra Türkiyəyə rəsmi səfəri də xüsusi əhəmiyyət daşıyır.
Türkiyə lideri həmçinin bildirib ki, hökumət istehsalın, sənayenin və ixracın dəstəklənməsi üçün yeni addımlar atır. Bu çərçivədə emal sənayesi üçün 250 milyard lirə həcmində güzəştli kredit paketi ayrılıb və ümumilikdə sektora 1 trilyon lirəlik sərfəli maliyyə dəstəyi təmin ediləcək.