Keçmiş CHP sədri Deniz Baykalın həyat yoldaşı Olcay Baykal Ankarada keçirilən dəfn mərasimindən sonra Dövlət Qəbiristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Sherg.az xəbər verir ki, mərasimdə CHP sədri Kamal Kılıçdaroğlu, CHP qrup rəhbəri Özgür Özəl, DSP sədri Önder Aksakal və çoxsaylı siyasi xadimlər iştirak ediblər.
Mərasim zamanı Kılıçdaroğlu ilə Özəlin görüşərək əl sıxması diqqət çəkib. Həmçinin hər iki siyasətçinin göndərdiyi əklillərin üzərində “CHP sədri” ifadəsinin yer alması müzakirələrə səbəb olub.
Cənazə namazından sonra Olcay Baykal mərhum həyat yoldaşı Deniz Baykalın məzarının yanında dəfn edilib.