Ankarada iyulun 7-8-də keçiriləcək NATO Sammiti ərəfəsində İsrail və Yunanıstan mediasında Türkiyənin Alyans daxilində artan rolu ilə bağlı diqqətçəkən təhlillər dərc olunub.
Sherg.az xəbər verir ki, İsrailin "Maariv" nəşri Türkiyənin regional təsirinin gücləndiyini yazaraq, NATO sammitinin Ankaranın beynəlxalq mövqeyini daha da möhkəmləndirə biləcəyini bildirib. Məqalədə İsrailin sammiti yaxından izləyəcəyi qeyd olunub.
Yunanıstanın "SL Press" nəşri isə Afinanın NATO daxilində Türkiyəyə daha böyük rol verilə biləcəyindən narahat olduğunu yazıb. Təhlildə Türkiyənin geostrateji mövqeyi, NATO-nun ikinci ən böyük ordusuna sahib olması və müdafiə sənayesində artan imkanları vurğulanıb.
Qeyd edək ki, NATO Dövlət və Hökumət Başçıları Sammiti 7-8 iyul tarixlərində Ankarada keçiriləcək və toplantıda Alyansın 32 üzv ölkəsinin iştirakı gözlənilir.