KAICIID-in Baş katibi Prezidenti təbrik məktubu göndərib
Yusif Nəzərli
13:15 20.02.2024
Gündəm
459
Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Kral Abdulla bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırıram. Sizin liderliyiniz və uzaqgörənliyiniz ölkənizi firavanlığa və sülhə doğru aparmaqda əhəmiyyətli rol oynayıb. Yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının Sizə olan inam və etimadını nümayiş etdirir.
Azərbaycanın Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinə dəstəyi çox böyükdür. Ölkənizin sülh və dialoq dəyərlərinin təşviqinə sadiqliyi bizim missiyamızla üst-üstə düşür. Biz müxtəlif cəmiyyətlər arasında anlaşmanın və əməkdaşlığın inkişafı istiqamətində böyük nailiyyətlər əldə etmişik.
Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin bütün üzvləri seçkilərdə qələbəniz münasibətilə mənimlə birlikdə Zati-alinizi təbrik edir və Sizə fəaliyyətinizdə uğurlar arzulayırlar. Əməkdaşlığımızı daha da möhkəmləndirməyi, sülh, dialoq və anlaşma kimi ortaq məqsədlərimiz naminə Azərbaycan hökuməti ilə sıx işləməyi səbirsizliklə gözləyirik.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildiririk".
Xəbər lenti
Hamısına bax
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat