Britaniya Avropanı Rusiya ilə qarşıdurmaya hazırlaşmağa təşviq edir və Rusiya-Amerika münasibətlərində gərginliyin azalmasının qarşısını almaq istəyir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Qusarov bildirib.
“Britaniya isteblişmenti xarici siyasəti demək olar ki, tamamilə Rusiyanı cilovlamaq və zəiflətmək vəzifəsinə tabe edib. 2022-ci ilin yazında Kiyevlə danışıqlar yolu ilə əldə edilən razılaşmanın pozulmasını təmin edən London ardıcıl və nümayişkaranə şəkildə, demək olar ki, zövqlə Ukraynadakı münaqişəni qızışdırmaq üçün hərəkətlərini artırıb. Britaniya son zamanlar avropalıları ehtiyatsız militarizasiyaya və Rusiya ilə qarşıdurmaya hazırlığa təhrik etməklə məşğuldur”, - deyə Qusarov “International Affairs” jurnalına verdiyi müsahibədə bildirib.
Siplomatın sözlərinə görə, ingilislərin özlərinin müharibəyə qoşulmaq niyyəti yoxdur: "Bunun üçün onların iqtisadi və ya hərbi imkanları yoxdur. Uzun tarixi ənənəyə əsaslanaraq, görünür, onlar Avropada bərpa olunmuş bölücü xətləri möhkəmləndirmək, eləcə də Rusiya-Amerika münasibətlərində əhəmiyyətli dərəcədə yumşalmanın qarşısını almaq üçün intriqa və təxribatdan istifadə etməyə ümid edirlər".