Mədəniyyət naziri Azərbaycan-Mərakeş münasibətlərindən danışıb
17:06 30.07.2024
Gündəm
387
"2007-ci il münasibətlərin inkişafında mühüm rol oynayıb".
APA xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Mərakeş kralının taxta çıxmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O əlavə edib ki, sonradan əlaqələrimiz Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeş kralı II Həsən tərəfindən müvəffəqiyyətlə inkişaf etdirilərək, qardaşlıq səviyyəsinə çıxarılıb:
"Azərbaycan və Mərakeş arasında dostluq və tərəfdaşlıq əlaqələrinin əsası 1991-ci ildə qoyulub. Həmin dövrdə Mərakeş Azərbaycanın müstəqilliyini tanıyıb. Bundan sonra 1992-ci ildə dövlətlərimiz arasında diplomatik münasibətlər başlayıb. 1994-cü ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Mərakeş Kralığına səfər edərək, Kral II Həsən ilə görüşüb. Bu zaman isə əlaqələrimiz qardaşlıq səviyyəsinə qədəm qoyub. Bu münasibətlərimiz Azərbaycan Prezidenti İlham Əliyev və Əlahəzrət Kral VI Məhəmməd tərəfindən davam etdirilərək tamamilə yeni mərhələyə çıxarılıb. Bu gün iki ölkə arasında münasibətlər həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir. 2007-ci il münasibətlərin inkişafında mühüm rol oynayıb. 2023-ci ildə Birgə Komissiyanın iclası Rabat şəhərində keçirilib. Burada ölkələrimizin iqtisadiyyat, mədəniyyət, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə