Paşinyan: Mişustinə zəng etdim, razılığa gəldik

Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 1-də Rusiya Baş naziri Mixail Mişustinlə telefon danışığı zamanı ikitərəfli məsələləri daha ətraflı müzakirə etmək barədə razılığa gəldiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə brifinqdə bildirib.

“Telefon danışığı mənim təşəbbüsümlə baş tutdu. Müzakirə olunan məsələlərin siyahısı mətbuata təqdim edilib. Yaxın gələcəkdə daha ətraflı müzakirələrin aparılması barədə razılığa gəldik”, - Paşinyan qeyd edib.