Paşinyan: Yeni Konstitusiya parlament çoxluğunun gündəmində qalır

Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində bildirib ki, ölkədə yeni Konstitusiyanın qəbulu məsələsi parlament çoxluğunun gündəmində qalmaqdadır.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, Konstitusiya yalnız hüquqi nizamı müəyyən edən sənəd deyil, eyni zamanda xalqın iradəsini əks etdirən əsas qanun olmalıdır. Paşinyan bildirib ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadların yer almaması regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan dəfələrlə Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini iki ölkə arasında sülh sazişinin imzalanmasının əsas şərtlərindən biri kimi qiymətləndirib.