Qəzzada 50 min ana acdır, körpə qidası qalmayıb
09:04 09.07.2025
Gündəm
297
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) bildirib ki, İsrailin yardım girişini əngəllədiyi və hücumları ilə humanitar fəlakətə səbəb olduğu Qəzzada 50 min hamilə və uşaq əmizdirən qadın günlərdir ki, yemək yeyə bilmir.
Sherg.az xəbər verir ki, UNFPA-nın Ərəb Dövlətləri üzrə Regional Ofisinin yaydığı açıqlamada qeyd olunub ki, Qəzza zolağındakı hamilə qadınlar, analar və körpələr olduqca çətin şəraitdə yaşamaq uğrunda mübarizə aparırlar.
Körpələrin vaxtından əvvəl və aşağı çəki ilə doğulduğu, körpə qidalarının isə tükəndiyi vurğulanıb.
Açıqlamada deyilir:
"Qəzza zolağında yenidoğulanlar ölüm və ya ömürboyu davam edəcək sağlamlıq problemləri riski ilə üz-üzədir. Bunu önləmək mümkündür. Qəzzanı humanitar yardımlar üçün açın."
Mart ayından bəri Qəzzanın sərhəd qapılarını bağlayaraq yardımın daxil olmasına imkan verməyən İsrail bölgədə hücumları ilə humanitar fəlakətə səbəb olur.
İsrail ordusu, mülki infrastruktur və məcburi köçkün fələstinliləri sistemli şəkildə hədəf alır. Qəzzada aclıqla mübarizə aparan və yemək tapmaq ümidi ilə ABŞ-İsrail yönümlü "Qəzza Humanitar Yardım Fondu" tərəfindən yaradılan bölgələrə yaxınlaşan fələstinlilər də hədəfə alınır.
İsrailin guya humanitar yardım bölgələri kimi təqdim etdiyi, əslində isə ölüm tələsinə çevrilmiş ərazilərdə fələstinlilərə qarşı həyata keçirdiyi sistemli hücumlar nəticəsində 27 maydan bu yana ölənlərin sayı 766-ya, yaralananların isə 5 min 44-ə çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm