İranın keçmiş ali dini lideri Əli Xamenei ilə vida mərasimləri Tehranda başlayıb. Fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən Xameneinin cənazəsi iyulun 4-5-də paytaxtdakı Mosalla kompleksində ziyarətə açıq olacaq.

Sherg.az xəbər verir ki, Şəhər boyu matəm bayraqları və plakatlar asılıb, minlərlə insan qara geyimdə mərasimlərə qatılır. İran rəsmiləri vida tədbirlərinə ümumilikdə 20 milyona yaxın zəvvarın qatılacağını gözləyirlər.
Mərasimlərdən sonra Xameneinin nəşi İran və İraqdakı müqəddəs şiə məkanlarına aparılacaq, iyulun 9-da isə doğulduğu Məşhəd şəhərində dəfn ediləcək.

Tehranda keçirilən tədbirlərə 30-dan çox ölkədən nümayəndələrin qatıldığı bildirilir. Təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərin əsas küçələrində polis və hərbçilər növbə çəkirlər.