“The National”: Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır
14:26 29.07.2024
Gündəm
422
Qalıq yanacaqla zəngin olan Azərbaycanın qarşısında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etmək kimi çətin vəzifə durur.
"Report"un məlumatına görə, bu barədə gündəlik "The National" qəzetində dərc olunan məqalədə bildirilib.
Məqalənin müəllifi qeyd edir ki, təxminən üç aydan sonra Bakı iqlim dəyişikliyi problemini həll etmək üçün 200-ə yaxın ölkədən nümayəndələri bir araya gətirəcək.
O, COP-a ev sahibliyinin asan olmadığını deyib: “Sammit zamanı danışıqlar bəzən gecə saatlarına qədər uzanır”.
Müəllifin sözlərinə görə, tədbirin neft hasilatı ilə bağlı zəngin tarixi olan ölkədə təşkili Qərb mətbuatında tənqid olunsa da, ölkə rəhbərliyi COP29-da qarşıya qoyulan məqsədlərə nail olunacağına əmindir.
"Bakının xeyrinə qərar verilməsi qalıq yanacaq sənayesi lobbiçilərinin danışıqlara nəzarəti ələ keçirdiyini düşünənlər tərəfindən tənqidə məruz qalıb. Lakin Azərbaycan Prezidenti İlham Əliyev Qərbin geniş, əlaqələndirilmiş media hücumuna cavab verdi", - məqalədə qeyd olunub.
Müəllif dövlət başçısının sözlərindən sitat gətirib: “Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq... Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır... Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır”.
Bundan əlavə, müəllif qeyd edib ki, ölkə bərpa olunan enerji mənbələri sahəsində mühüm irəliləyişlər əldə edib, bu da Azərbaycanın “yaşıl keçid”ə hazır olmasından xəbər verir.
“Şəhərdən kənarda nəhəng Qaradağ Günəş Elektrik Stansiyası yerləşir. BƏƏ-nin “Masdar” şirkəti tərəfindən tikilən və ötən il istifadəyə verilən 230 meqavat gücündə stansiya ölkənin ilk belə sənaye miqyaslı layihəsidir. Bu stansiya təxminən 110 000 ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək və məqsədi ətraf mühitə atılan tullantıları ildə 200 000 ton azaltmaqdır”, - məqalədə bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya