Tramp: Azərbaycan və Ermənistanla bağlı Putinin edə bilmədiyini etdim - YENİLƏNDİ

"Vasitəçilik etdiyim Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını xatırlatmaq istərdim".

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində Asiyaya gedərkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Demək istədiyim odur ki, bizdə Azərbaycan və Ermənistan nümunəsi var. Bu, çox çətin idi. Əslində, Putin bu barədə mənimlə telefonla danışdı. O dedi: "Allahım, bu, şok idi, çünki hamı onu etməyə çalışırdı, amma edə bilmirdilər". Mən bunu etdim”, - deyə Tramp qeyd edib.