Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik

ABŞ Prezidenti Donald Tramp ABŞ-İran gərginliyinin yenidən artdığı bir vaxtda Hörmüz boğazına nəzarəti ələ keçirəcəklərini bəyan edib.

Sherg.az xəbər verir ki, Tramp ABŞ-nin boğazın təhlükəsizliyini təmin edəcəyini və buna görə ödəniş alacağını bildirib.

“İranla və ya İransız, Hörmüz boğazı açıq olacaq. ABŞ bundan sonra Hörmüz boğazının qoruyucusu olacaq. Təhlükəsizliyin təmin olunması üçün çəkilən xərclər yüklərin dəyərinin 20 faizi həcmində ödənişlə kompensasiya ediləcək”, – deyə Tramp vurğulayıb.

Trampın açıqlamasına cavab olaraq İran Silahlı Qüvvələrinin Xatəmül Ənbiya Mərkəzi Qərargahı bəyan edib ki, ABŞ-nin Hörmüz boğazına müdaxiləsinə icazə verilməyəcək.

Qərargahın açıqlamasında bildirilib ki, ABŞ ilə əməkdaşlıq İrana qarşı müharibədə iştirak kimi qiymətləndiriləcək və münaqişənin genişlənəcəyi təqdirdə bunun nəticələri bütün regiona yayıla bilər.