Ursula fon der Lyayen Bakıdan İrəvana yollanıb

Avropa Komissiyasının sədri Ursula von der Leyen işgüzar səfərlə İrəvana gəlib.

Sherg.az xəbər verir ki, Ermənistan hökumətinin məlumatına görə, onu Zvartnots hava limanında Ermənistanın vitse-baş naziri Mher Grigoryan qarşılayıb.

Bildirilir ki, Ursula fon der Lyayen bir gün əvvəl Bakıda Ilham Aliyev ilə görüş keçirib və İrəvana birbaşa Azərbaycan paytaxtından yollanıb.

Səfər çərçivəsində onun Ermənistanın baş naziri Nikol Pashinyan ilə danışıqlar aparacağı gözlənilir. Görüşdən sonra tərəflərin mətbuata bəyanatlarla çıxış edəcəyi və jurnalistlərin suallarını cavablandıracağı bildirilib.

Daha əvvəl Nikol Paşinyan açıqlamışdı ki, Ermənistan və Avropa İttifaqı erməni kənd təsərrüfatı məhsullarının Aİ bazarına çıxarılması prosedurlarının sadələşdirilməsi ilə bağlı qərar elan edəcəklər.