Vasitəçilərdən təkliflər almışıq - Bəqai təsdiqlədi

ABŞ və İran danışıqları ilə bağlı vasitəçilərdən təkliflər almışıq.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı bildirib.

“Amma icazənizlə, hazırda təfərrüatı açıqlamayacağam. Sadəcə təsdiqləyə bilərəm ki, ideyalar irəli sürülüb", - deyə o əlavə edib.