İyun ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhələrlənmələrlə bağlı 51 müraciət daxil olub.
Bu barədə APA -ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, ötən ay qida zəhərlənməsi ilə bağlı müraciət olmayıb: “Ötən ay 27 nəfər dərmandan zəhərlənib. 17 nəfər ilan zəhərlənməsi, 3 nəfər isə əqrəb sancmasına görə müraciət edib. İlan sancması ilə bağlı əsasən bölgələrdən, əqrəb sancması isə bağlı isə Bakıətrafı kəndlərdən müraciətlər olub. Ümumilikdə iyun ayında sirkə turşusundan zəhərlənmə ilə bağlı 4 nəfər müraciət edib".