Bəzi detallar məlum olub: Ankarada diplomat oğlunun gözü qarşısında güllələnib


 Ankaranın Çankaya bölgəsində belaruslu diplomatın güllələnməsi faktının bəzi detalları məlum olub.

Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, Belarus səfirliyinin müşaviri Aleksandr Poqanşev Güzeltepe məhəlləsində 13 yaşlı oğlu ilə gedərkən türk qonşusu tərəfindən güllələnib. 

İki güllə yarası alan Poqanşev ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatına təhlükə var.

Məlumata görə, diplomatı güllələyən təqaüddə olan hərbçi olub. Hərbçi hadisədən sonra özünü öldürüb. Həmin hərbçi ilə belaruslu diplomatın arasında münaqişə var imiş.