Ağsuda güclü yanğın: FHN hadisə yerinə çatdı

Ağsu rayonunda ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 52 ton ot bağlamasının 40 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.