İran gəmisi Azərbaycanda qəzaya düşdü


İyulun 26-da saat 14:10-da İranın bayrağı altında üzən Şəbahəng quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Bu barədə Lent.az -a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.
Xilasetmə əməliyyatları həyata keçirilir.