“Təzə bazar”ın qarşısında qəza: Avtomobil qadını vurdu

Bakının Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"ın qarşısında piyadanı maşın vurub.
Report xəbər verir ki, hadisə 1969-cu il təvəllüdlü Səfərova Lalə İnqlab qızı bazarın qarşısında yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib.

Qəzanı taksi fəaliyyəti ilə məşğul olan 90-TB-409 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü törədib.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ ayağın sınığı diaqnozu qoyulub. Xəstəyə aidiyyəti üzrə yardım göstərilib və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.