Rusiyada gənc cütlüyün zarafatı faciəylə nəticələnib.
Ölkə.az bildirir ki, Kemerovo vilayətinin istintaq komitəsinin saytında verilən məlumata görə, vilayətin istintaq orqanları 21 yaşlı yerli sakinə qarşı cinayət işi açıb. İstintaq müəyyən edib ki, gənc oğlan və sevgilisi spirtli içki qəbul etdikdən sonra eyvanda siqaret çəkiblər. Bu zaman oğlan sevgilisiylə zarafat etmək qərarına gəlib və qadın dördüncü mərtəbədən sevgilisinin əlindən sürüşərək, yerə düşüb. Hadisə şahidləri təcili yardım çağırsalar da, həkimlər qadının öldüyünü deyiblər. Hazırda hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zəruri istintaq hərəkətləri aparılır.