Ağstafada maşın dərəyə aşdı: 3 yaralı var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Dağ Kəsəmən kəndi ilə hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.