17 yaşlı Ucar sakini intihar edib


Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.
"Sherg.az"ın xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Qazıqumlaq kəndində baş verib.
Kənd sakini 17 yaşlı Nihad Nahid oğlu Hacıyev həyətlərindəki ağacdan
özünü asaraq intihar edib. Hələlik intiharın səbəbi məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.